"Azərbaycan Qafqazın və bölgənin qabaqcıl dövlətidir" - Eşref Tuna - FOTOLAR

23.01.2022 00:18     Siyasi reaksiya     439

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 20 Yanvar 1990-cı il Sovet əsgərinin Bakıda törətdiyi faciənin qurbanlarını anıb.

"Reaksiya.az" xəbər verir ki, anım mərasimində İzmirdə fəaliyyət göstərən QHTələr və siyasi partiyaların təmsilçiləri iştirak edib. Bornova Bələdiyyəsinin dəstəyilə keçirilən tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, ardınca Azərbaycan və Türkiyənin Dövlət himinlərinin səslənməsi ilə başlayıb.

TADEF-in sədr muavini və Dərnək başkanı Eşref Tuna o gecə baş verən olaylar haqqında xronoloji məlumat verib. "Bir ölər, min dirilərik" deyimini söyləyən E.Tuna 44 günlük Vətən müharibəsində müstəqil Azərbaycanın bütün çətinliklərə baxmayaraq qələbə qazandığını xatırladıb: "Bu gün can qardaşımız Azərbaycan Qafqazın və bölgənin qabaqcıl dövlətlərindən biridir".

Konfransda çıxış edən alim İsmet Arpaslan, jurnalist Nigar Ögeday 32 il əvvəl baş verən faciə haqqında iştirakçılara məlumat veriblər.

İzmirdə yaşayan sənətçi Roza İbadovanın aparıcılığı ilə keçən tədbirdə 20 yanvarla bağlı şeirlər səsləndirilib.


 

Şərhlər