Azərbaycan səfiri İran parlamentinin erməni əsilli deputatlarına cavab verib

22.03.2022 12:30     Siyasi reaksiya     310

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə Şuşa məscidində və təmas xəttində verilən Azan sədasının Xankəndində eşidilməsinə İran parlamentinin 2 erməni əsilli deputatının etiraz etməsinə münasibət bildirib.

Bu barədə səfir “Twitter” hesabında paylaşım edib.

“Şuşa məscidində və təmas xəttində verilən Azan sədasının Xankəndində eşidilməsindən İran parlamentinin 2 erməni əsilli deputatı narahat olub və bunu psixoloji təzyiq adlandırıblar.

Ümid edirəm din alimləri Azanın müqəddəsliyini və Xankəndinin kimə aid olduğunu onlara başa salar”, - deyə səfir bildirib.

Reaksiya.az

Şərhlər