Türkiyə Nazirlər Kabineti Azərbaycanla Ermənistanı müzakirə edəcək

11.04.2022 13:01     Siyasi reaksiya     397

Türkiyə Nazirlər Kabineti aprelin 12-si ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə toplanacaq.

Bu barədə məlumatı “TRT Haber” yayıb.

Toplantıda Azərbaycan və Ermənistan arasında sülh prosesi ətrafında fikir mübadiləsi aparılacaq.

Bununla yanaşı, iclasda Rusiya və Ukrayna arasında hazırda davam edən müharibə, eləcə də iqtisadi və digər ölkədaxili hadisələr müzakirə olunacaq.

Reaksiya.az

Şərhlər