Belarusun Baş naziri Azərbaycana gəldi

18.05.2022 12:21     Siyasi reaksiya     579

Belarusun Baş naziri Roman Qolovçenko Azərbaycana səfərə gəlib.

Reaksiya.az xəbər verir ki, o, Azərbaycanın Baş naziri Əli Əsədov və digər rəsmi şəxslərlə görüşəcək.

Hökumət başçısı Gəncə Avtomobil Zavoduna, “Caspian Agro” və “Inter Food” beynəlxalq sərgilərinə, eləcə də “İqlim” istehsalat müəssisəsinə baş çəkəcək.

Bundan başqa, səfər çərçivəsində Azərbaycan və Belarusun biznes dairələrinin işgüzar görüşü də nəzərdə tutulub.

Səfər iki gün davam edəcək.

Reaksiya.az

Şərhlər