İDDİA: "İran Azərbaycanda dövlət çevrilişinə hazırlaşır" - VİDEO

23.06.2022 15:32     Siyasi reaksiya     539

İranın ölkəmizə qarşı təxribatları davam edir. Belə ki, İranın xüsusi xidmət orqanlarının sifarişlərini yerinə yetirdiyi ehtimal olunan bir qrup şəxslər, dini alət edərək Azərbaycan əleyhinə çağırışlar edir, Azərbaycanın Prezidentini, bayrağını, dövlət rəmzlərini təhqir edirlər. O bayraq ki, minlərlə vətən övladlarımız uğrunda canlarını fəda ediblər.

 Belə olan halda ortaya bir sual çıxır, özünü Azərbaycanın dostu, yaxşı  qonşusu kimi qələmə verən İran dövləti bu halların qarşısını ala bilmirmi?

 İranda insan haqlarının və demokratiyanın hansı səviyyədə olduğunu və ya ümumiyyətlə olmadığını hər kəs yaxşı bilir. Orada İran hökumətinin nəzarətindən kənar hər hansı bir hadisənin olması sadəcə qeyri-mümkündür. Belə olan halda yəqin ki oxucularımıza sualın cavabı aydın oldu. Bəli, bu təxribatlar nəyinki fars-molla rejiminin maraqlarına xidmət edir, birbaşa bu rejimin təşkilatçılığı və dəstəyi ilə həyata keçirilir.

 Reaksiya TV-də “Reaksiya Media Group”-nun rəhbəri, jurnalist Zaur Qəriboğlunun moderatorluğu ilə yayımlanan “Siyasi reaksiya” verilişində İranda baş verən anti-Azərbaycan təxribatları geniş müzakirə olunub.

 Qeyd edək ki, sözügedən verilişin qonaqları Turan Partiyasının başqanı Cahandar Bayoğlu və GAMOH lideri Mahmudəli Çöhrəqanlı olublar.

M.Çöhrəqanlı aparıcının suallarını cavablandırarkən iddia edib ki, İran minlərlə xüsusi təlim görmüş angentləri, hərbiçi və sözdə din xadimləri ilə Azərbaycanda dövlət çevirilişi hazırlayır.

C.Bayoğlu isə bütün bu təxribatların qarşısını almaq üçün Azərbaycanda siyasi mühitin dəyişilməsinə ehtiyac olduğunu bildirib: “Azərbaycanın ayrı-ayrı qurum və quruluşlarında İrana bağlı olan qüvvələr var. Həmçinin bu qüvvələr Azərbaycanın siyasi mühitində də güclüdür. Bu təxribatların qarşısını almaq üçün ilk öncə Azərbaycanın siyasi mühiti yenilənməlidir”.

 Sonda Zaur Qəriboğlu Güney azərbaycanlılara çağırış edərək, ayıq olmağa səsləyib: “İran öz ərazisindən ölkəmizə və suverenliyimizə qarşı təxribatçı çağırışlar edirsə, mən də buradan dövlətə bağlı olmayan müstəqil televiziyanın rəhbəri kimi, Cənubi Azərbaycandakı həmvətənlərimizi Azərbaycana qarşı olan bu təxribatlara, ayağa qalxaraq cavab verməyə çağırıram. Heç bir halda, İran da daxil olmaqla heç bir ölkə Azərbaycanla təhdid dilində danışa bilməz. Bizim Güney Azərbaycanda böyük bir ordumuz var”

 Maraqlı faktlarla dolu olan sözügedən verilişi oxucularımıza təqdim edirik:

Şadman Şahbazlı

Reaksiya.az

Şərhlər