Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü yaxın zamanda baş tutacaq

30.06.2022 14:57     Siyasi reaksiya     165

Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü yaxın zamanlarda mümkündür.

Reaksiya.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqroyan brifinqdə bildirib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, onlarda belə bir görüşün yaxın vaxtlarda keçirilməsinin mümkünlüyünə dair məlumat var.

Qriqoryan, Azərbaycanla 4 əsas məsələnin, o cümlədən kommunikasiyaların açılmasının, delimitasiya və demarkasiya işlərinin və humanitar məsələlərin müzakirəsinin aparıldığını diqqətə çatdırıb.

Reaksiya.az

Şərhlər