“Sərhədin delimitasiyası prosesi vaxt aparır” - Ceyhun Bayramov

07.07.2022 12:49     Siyasi reaksiya     183

“Sərhədin delimitasiyası prosesi vaxt aparır. Münasibətlərin tarixini nəzərə alsaq, buna nail olmaq heç də asan olmayacaq. Bununla belə, prosesin başlaması artıq özü-özlüyündə yaxşı addımdır”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Ermənistan sərhəddinin delimitasiyası prosesi haqqında sualı cavablandırarkən deyib.

XİN rəhbəri bildirib ki, delimitasiya komissiyasının növbəti iclasının tarixi hələ məlum deyil.

Reaksiya.az

Şərhlər