Çavuşoğlu Bakı-İrəvan əlaqələrindən danışdı: “Hamı üçün faydalıdır”

02.08.2022 12:39     Siyasi reaksiya     319

"Azərbaycan və Ermənistan münasibətlərinin normallaşmasını arzu edirik".

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan və Özbəkistanın XİN başçıları ilə birgə keçirilən mətbuat konfransında deyib.

XİN başçısı bildirib ki, Cənubi Qafqazda kommunikasiya xətlərinin tezliklə açılması bütün bölgə ölkələri üçün faydalı olacaq.

"Dünyada hazırki böhran vəziyyəti risklərlə yanaşı, yeni fürsətlər də yaradır. Buna görə əlaqələrimizi genişləndirməliyik. Azərbaycan və Özbəkistanla ticarət əlaqələrimizi daha da genişləndirməyi hədəfləyirik", - deyə Çavuşoğlu vurğulayıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar