Ermənistan Qarabağdakı hərbçilərini çıxardır

03.08.2022 15:38     Siyasi reaksiya     168

Ermənistanda hərbi xidmətə çağırılan və Qarabağa xidmətə göndərilən hərbçilərin xidmət müddətinin başa çatmasına bir neçə gün qalmış təcili olaraq tərxis edilirlər.

Reaksiya.az haqqin.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan öz feysbuk səhifəsində yazıb.

Abramyanın sözlərinə görə, Ermənistan ərazisindən Qarabağa hərbi çağırış sonuncu dəfə 2020-ci ilin iyul-avqust ayında keçirilib. 44 günlük müharibə, həmçinin 2021-ci ilin qışında Ermənistandan Qarabağa çağırışçı göndərilməyib.

“İki il əvvəl Ermənistandan hərbi xidmətə çağırılan çağırışçıların Qarabağdakı son qrupunun 2022-ci ilin avqustunda tərxis olunmalı idi. Lakin görünür Azərbaycanın tələbi ilə tərxis prosesi daha tez həyata keçirilib.”, - deyə deputat yazıb.

Şərhlər