Ərdoğan Putinlə Qarabağı müzakirə edəcək

04.08.2022 15:36     Siyasi reaksiya     360

Rusiya Prezidenti Vladimir Putin avqustun 5-də türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Qarabağ məsələsini müzakirə edəcək.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Qarabağda vəziyyətin gərginləşməsi ilə əlaqədar fikir mübadiləsi aparılacaq. Bununla bağlı razılıq əldə olunub”,- Peskov yerli mediaya açıqlamasında deyib.

Qeyd edək ki, avqustun 5-də Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Rusiyaya birgünlük səfər edəcək. Həmin gün Soçi şəhərində prezidentlərin görüşü keçiriləcək.

Reaksiya.az

Şərhlər