Zaxarova Zəngəzur dəhlizindən DANIŞDI

31.08.2022 14:30     Siyasi reaksiya     169

"Rusiya Zəngəzur dəhlizi vasitəsilə Bakı və İrəvan arasında nəqliyyat əlaqələrinin açılması üzərində işini davam etdirir".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. 

Zaxarova qeyd edib ki, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması vaxtı barədə hələ ki, məlumatı yoxdur: "Dəhlizin tezliklə açılması ilə bağlı razılaşmaların olması barədə məlumatım yoxdur. Rusiya müvafiq üçtərəfli işçi qrupu vasitəsilə regionda nəqliyyat əlaqələrinin açılması üçün Bakı və İrəvanla əsaslı işi davam etdirir. Qrup çərçivəsində suverenlik prinsiplərinə əsaslanan konkret marşrutlar üzrə həllərin razılaşdırılması planlaşdırılır". 

Reaksiya.az

Şərhlər