Prezident Şərqi Zəngəzurla bağlı Fərman imzaladı

06.09.2022 16:14     Siyasi reaksiya     493

Prezident İlham Əliyev “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli Fərmanda dəyişiklik edib.

Reaksiya.az-ın məlumatına görə, ölkə başçısının bununla bağlı imzaladığı fərmanda deyilir:

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 iyul tarixli 1756 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin:

1. 3.1-ci bənddə “Zəngilan rayonuna” sözləri “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına” sözləri ilə əvəz edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi”nin 1.1-ci bəndində “Zəngilan rayonuna” sözləri “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına” sözləri ilə əvəz edilsin.

 

Reaksiya.az

Şərhlər