Ermənistan təşvişdə - Paşinyan sülh müqaviləsi ilə Praqaya gedəcək

29.09.2022 12:56     Siyasi reaksiya     327

Paşinyan oktyabrın 6-da əlində sülh müqaviləsi mətninin ilkin variantı ilə Praqaya gedəcək.

Musavat.com xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Məlumatda qeyd edilir ki, sentyabrın 27-də Ağ Evdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev arasında ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın təşəbbüsü ilə keçirilən görüşdə əsasən sülh müqaviləsinin layihəsinin mətni müzakirə olunub.

Qriqoryan və Hacıyev öz yanaşmalarını təqdim edərək üçtərəfli formatda konsensus variantına nail olmağa çalışıblar. Məlumatda qeyd edilir ki, Paşinyan əlində sülh müqaviləsi mətninin ilkin variantı ilə Aİ-nin qeyri-rəsmi sammitində iştirak etmək üçün oktyabrın 6-da Praqaya yola düşəcək.

Maraqlıdır ki, Azərbaycan Xarici İşlər Nazirliyi dünən Ermənistan Silahlı Qüvvələrinin sərhəd zonasında törətdiyi təxribatla bağlı açıqlamasında Ermənistan tərəfinin təxribatlarının növbəti sammit görüşü ərəfəsində məqsədyönlü şəkildə həyata keçirildiyini qeyd edib.

Reaksiya.az

Şərhlər