Rusiya Qarabağ münaqişəsini yenidən alovlandıracaqmı?

22.08.2015 16:50     Siyasi reaksiya     2488

Xəbər verildiyi kimi dünən ABŞ-ın “kölgə kəşfiyyatı” sayılan “Stratfor” analitik mərkəzinin təhlilçiləri maraqlı bir açıqlama veriblər. Bildiriblər ki,Ukrayna konflikti kəskinləşdikcə Rusiya ilə Qərb arasında qarşıdurma da güclənəcək. Bu zaman mübahisə mərkəzi Ukraynadan Güney Qafqaza - Gürcüstan, Azərbaycan və Ermənistana adlaya bilər.

Politoloq Vüqar Zifəroğlunun fikrincə isə, Rusiyaya Qarabağ münaqişəsinin aktivləşdirilməsi lazım deyil: Rusiyanın daha çox marağında olan məsələ Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş vəziyyətdə qalmasıdır. Çünki bu halda təzyiq imkanları əldə edə bilir. Diqqət etsək görərik ki, post-sovet məkanında, o cümlədən Cənubi Qafqazda mövcud münaqişələrin hər birində Rusiyanın iştirakı var və bu münaqişənin həll yoluna əngəl törədir. Həm də münaqişələrin uzanması üçün var gücü ilə səy göstərir. Hər hansı aktiv fəaliyyət vəziyyəti münaqişə edən tərəflərdən birinin xeyrinə dəyişə bilər, bu isə Rusiyaya sərf etmir”. 

Şərhlər