İtkin düşmüş neftçilərilə bağlı - SON MƏLUMAT

18.03.2016 16:18     Sosreaksiya     703

Qəza keçən ilin dekabrın 4-də baş verib.

“Günəşli” yatağındakı 10 və “Neft Daşları”ndakı 501 nömrəli dəniz özüllərində “Neft Daşları”ndakı 501 nömrəli dəniz özüllərində keçən il dekabrın 4-də baş vermiş qəza nəticəsində itkin düşmüş neftçilərin Xəzər dənizində müşahidə-axtarış işləri Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən davam etdirilir.

Bu barədə Oxu.Az-a FHN-in mətbuat xidmətindən bildirilib.

Əlavə olunub ki, hazırda nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri sahilboyu və Aviasiya dəstəsinin helikopteri dənizdə müşahidə-axtarış işlərini həyata keçirir.

Şərhlər

Çox oxunanlar