Deputat ilanlardan danışdı - “Onları yemləmək mümkündür”

18.03.2016 16:50     Sosreaksiya     758

Parlamentin bugünkü iclasında millət vəkili Tahir Kərimli ilan zəhərindən danışıb. 


 Reaksiya.info Teleqraf.com-a istinadən xəbər verir ki, deputat ilan zəhəri ilə bağlı müəyyən təkliflər irəli sürüb: “Bizim Zirədə böyük ilan yetişdirmə fabrikimiz var idi. Bu sahə hələ SSRİ zamanı ölkəyə valyuta gətirirdi, böyük mənfəətlə işləyirdi. Lakin sonradan oradakı ilanları aparıb Ağsu-İsmayıllı arasındakı səhralara buraxdılar. Təklif edirəm ki, zəhər əldə etmə müəssisələri bərpa edilsin. Bu, olduqca vacibdir. Hətta o vaxt inqibatordan cücə almaq çox çətin idi. İndi çoxlu sayda quşçuluq müəssisələrimiz var, ilanları yemləmək də mümkündür. Həm də onların təbiətdə arealını daraldıb sənaye üsulu ilə yetişdirmək və zəhər almaq imkanları ölkəmizdə böyükdür”.

Şərhlər

Çox oxunanlar