Eldar Mahmudov məxfi ürək əməliyyatı keçirib

19.03.2016 19:58     Sosreaksiya     761

Sabiq MTN rəhbəri Eldar Mahmuduv təxminən bir ay bundan öncə məxfi şəraitdə ürək əməliyyatı keçirib.
Bu barədə Moderator.az-ı etibarlı mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, sabiq nazirin ürək əməliyyatı keçirməsinə səbəb bir müddət bundan öncə keçirdiyi infarkt olub:
“Təxminən bir ay bunan öncə istintaqa aparılan zaman ciddi ürək ağrıları keçirən E.Mahmudov xəstəxanaya çatdırılıb. E.Mahmudovu müayinə edən həkimlər onun infarkt keçirdiyini aşkarlayıb.
Bir neçə gün xəstəxanada həkim nəzarəti altında qalan nazirin vəziyyəti kifayət qədər kritik olduğundan həkimlər onun əməliyyat edilməsinin zəruriliyi qənaətinə gəliblər. Bundan sonra keçmiş nazir məxfi şəraitdə ürəyindən əməliyyat edilib”.

Şərhlər