Dünyada “ən təhlükəli təyyarələr” - “Boeinglər necə qəzaya uğrayıb

19.03.2016 20:32     Sosreaksiya     689

Martın 18-dən 19-na keçən gecə Rostovda görmə şəraitinin pis olması səbəbindən “Boeing-737-800” təyyarəsi ilk cəhddə eniş edə bilməyib, ikinci cəhddə isə yerə çırpılıb. Bu, “Boeing-737” tipli təyyarənin ilk qəzası deyil. İlk qəza 1972-ci ildə qeydə alınıb.

Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, “Boeing-737” dünyada ən təhlükəli təyyarə hesab edilir. “BusinessWeek”in məlumatına görə, bu tipli təyyarələr hər 507,5 min uçuş saatından bir qəzaya uğrayır. Belə bir statistikanın ortaya çıxmasının əsas səbəbi isə odur ki, bu təyyarələrdən dünyada daha çox istifadə olunur. Statistika göstərir ki, “Boeing-737”lər daha çox eniş zamanı qəzaya uğrayırlar.

1972-ci ildə dünyada 70 “Boeing-737” hava gəmisi qəzaya uğrayıb. Bunun 44-ü eniş zamanı qeydə alınıb, 20-si uçuş müddətində olub.

“Boenig-737”nin enişi zamanı baş verən qəzalar: 

8 dekabr 1972-ci il, Çikaqo (ABŞ) - Təyyarə kəskin şəkildə aşağı enməyə başlayıb və uçuş-enmə zolağının qarşısındakı yaşayış evinə çırpılıb. 6 ekipaj üzvündən 3-ü, 55 sərnişindən 40-ı həlak olub. Bundan əlavə, daha iki nəfər yerdə ölüb.

31 may 1973-cü il, Nyu-Dehli (Hindistan) - Eniş zamanı təyyarə yerə çırpılaraq yanıb. 7 ekipaj üzvündən 5-i, 58 sərnişindən 43-ü həlak olub.

1 fevral 1978-ci il Krenbruk (Kanada) - Eniş zamanı qar təmizləyən maşınla toqquşmaqdan yayınmaq üçün pilotlar təyyarəni başqa səmtə yönəldiblər. Nəticədə qəzaya uğrayıb. 4 ekipaj üzvünün hamısı, eyni zamanda 44 sərnişindən 38-i ölüb.

25 may 1982-ci il Braziliya (Braziliya) - Eniş zamanı güclü leysan yağması səbəbindən təyyarə yerə çırpılaraq iki hissəyə ayrılıb. 112 sərnişindən 2-si ölüb.

11 iyul 1983-cü il Kuenka (Ekvador) - Təyyarə eniş zamanı yerə çırpılaraq iki yerə ayrılıb. 8 ekipaj üzvü və 111 sərnişin həlak olub.

23 sentyabr 1983-cü il Abu-Dabi (Birləşmiş Ərəb Əmirlikləri) - Eniş mamanı təyyarənin göyərtəsində bomba partlayıb. 6 ekipaj üzvü və 111 sərnişindən 105-i həlak olub.

8 noyabr 1983-cü il Lubanqo (Anqola) - Təyyarə uçuş-enmə zolağına 900 metr qalanda qəzaya uğrayıb. 5 ekipaj üzvünün hamısı, 126 sərnişindən 121-i ölüb. 

16 fevral 1986-cı il Peskador adası (Tayvan)  - Təyyarə eniş etsə də, ekipaj əyləci işə sala bilməyib və qəzaya uğrayıb. 6 sərnişin və 7 ekipaj üzvü həlak olub.

4 avqust 1987-ci il Kalama (Çili) - Eniş zamanı təyyarənin şassiləri açılmayıb və iki yerə bölünüb. Göyərtədə yanğın baş verib, 27 sərnişindən biri ölüb.

31 avqust 1987-ci il Pxuket (Tailand) - Hava şəraiti əlverişli olsa da, eniş zamanı ekipaj qəflətən təyyarəyə nəzarəti itirib və dənizə düşüb. 10 ekipaj üzvünün hamısı və 74 sərnişin həlak olub.

2 yanvar 1988-ci il İzmir (Türkiyə)  - Təyyarə qəflətən eniş zamanı yüksəkliyi itirir və uçuş-enmə zolağından 10 kilometr aralıda yerə çırpılıb. 5 ekipaj üzvü və 11 sərnişin həlak olub.

19 oktyabr 1988-ci il Əhmədabad (Hindistan) - Görmə şəraitinin pis olduğu səbəbindən təyyarənin pilotları aldanıblar. Təyyarə uçuş-enmə zolağından 8 kilometr aralıqda qəzaya uğrayıb. 6 ekipaj üzvü və 129 sərnişindən 124-ü ölüb.

3 sentyabr 1989-cu il San-Joze-de-Şinqa (Braziliya) - Gözlənilmədən təyyarənin yanacağı qurtarıb və pilotlar onu endirməyə cəhd göstəriblər. Düzgün istiqamət verilmədiyindən pilotlar vəziyyətdən çıxış yolu tapa bilməyiblər. 48 sərnişindən 12-si ölüb, 6 ekipaj üzvünün hamısı sağ qalıb.

2 oktyabr 1990-cı il Quançjou (Çin) - Terrorçular təyyarəni ələ keçiriblər və kapitan qəza enişi etməyə çalışıb. Həmin an yaraqlılar hücum etdiyindən təyyarə uçuş-enmə zolağından kənara çıxıb. 12 ekipaj üzvü sağ qalsa da, 110 sərnişindən 46-sı həlak olub. 

1 fevral 1991-ci il Los-Anceles (ABŞ) - Eniş zamanı təyyarə uçuşa hazırlaşan digər hava gəmisi ilə toqquşub. 6 ekipaj üzvündən 2-si, 83 sərnişindən 20-si ölüb. Digər təyyarədki 10 sərnişin və 2 ekipaj üzvünün hamısı həlak olub.

3 mart 1991-ci il Kolorado (ABŞ) - Təyyarə eniş zamanı uçuş-enmə zolağından kənara çıxaraq qəzaya uğrayıb. 5 ekipaj üzvü 20 sərnişinin hamısı həlak olub.

26 iyun 1993-cü il Mokpxo (Cənubi Koreya) - Hava şəraitinin pis olması səbəbindən ekipaj təyyarənin idarə edə bilməyib və uçuş-enmə zolağından 4 kilometr aralıda yerə düşüb. 6 ekipaj üzvündən 4-ü, 104 sərnişindən 64-ü ölüb.

8 sentyabr 1994-cü il Pittsburq (ABŞ) - Təyyarə eniş zamanı idarəetməni itirib və uçuş-enmə zolağının yaxınlığında yerə çırpılıb. Bütün 5 ekipaj üzvü və 127 sərnişin həlak olub.

29 dekabr 1994-cü il Van (Türkiyə) - Təyyarə dördüncü dəfə eniş etməyə cəhd göstərilən zaman hava limanından 4 kilometr aralıda təpəyə çırpılıb. 7 ekipaj üzvündən 5-i və 69 sərnişindən 52-si həlak olub.

13 noyabr 1995-ci il Kaduna (Nigeriya) - Dispetçerin uçuş-enmə zolağındakı vəziyyətin stabil omadığı haqda xəbərdarlığına baxmayaraq ekipaj təyyarəni endirməyə cəhd edib. Nəticədə enmə zolağından kənara çıxıb. Zərbədən təyyarə yanıb. 14 ekipaj üzvünün hamısı və 124 sərnişindən 11-i həlak olub.

29 fevral 1996-cı il Arekina (Peru) - Ekipaj təyyarəni endirə bilməyib və hava limanı yaxınlığında yerə çırpılıb. 117 sərnişinin hamısı və 6 ekipaj üzvü ölüb.

2 aprel 1996-cı il Dubrovkina (Xorvatiya) – Görmə imkanının pis olduğu şəraitdə eniş zamanı təyyarə hava limanı qarşısındakı dağa çırpılıb. 6 ekipaj üzvü və 29 sərnişinin hamısı həlak olub.

8 may 1997-ci il Şençjen (Çin) - Güclü yağış yağıdığı səbəbindən eniş zamanı təyyarə uçuş-enmə zolağından kənara çıxıb. 9 ekipaj üzvündən 2-si və 65 sərnişindən 33-ü ölüb.

5 may 1998-ci il Andoas (Peru) - Hava şəraitinin pis olmasına görə ekipaj idarəetməni itirib və təyyarə qəzaya uğrayıb. 7 ekipaj üzvündən 5-i və 80 sərnişindən 69-u həlak olub..

5 mart 2000-ci il Berbank (Kaliforniya) - Eniş zamanı təyyarə uçuş-enmə zolağından kənara çıxıb. Xoşbəxtlikdən itkisiz ötüşüb. Yalnız 137 sərnişindən ikisi xəsarət alıb.

19 aprel 2000-ci il Davao (Filippin) - Təyyarə enməyə ikinci cəhddə uçuş-enmə zolağı yaxınlığında qəzaya uğrayıb. 124 sərnişinin və 7 ekipaj üzvünün hamısı ölüb.

17 iyul 2000-ci il Patna (Hindistan) - Eniş zamanı təyyarə uçuş-enmə zolağına yaxınlaşa bilməyib 1 kilometr aralıda yaşayış evinə düşüb. 6 ekipaj üzvünün hamısı və 52 sərnişindən 45-i ölüb. Bundan əlavə yerdəki 5 nəfər də həlak olub. 

7 may 2002-ci il Tunis - Ekipaj təyyarəni dumanlı havada və qum tufanında endirməyə cəhd edib. Nəticədə hava limanından 6 kilometr aralıda yerə çırpılıb. 6 ekipaj üzvündən 3-ü, 56 sərnişindən 11-i ölüb.

23 avqust 2005-ci il Pulkallpa (Peru) - Görmə şəraitinin pis olduğu şəraitdə eniş zamanı təyyarə uçuş-enmə zolağına çata bilməyib, bataqlığa düşüb. 6 ekipaj üzvündən 4-ü, 92 sərnişindən 35-i həlak olub.

8 dekabr 2005-ci il Çikaqo (ABŞ) - Eniş zamanı təyyarə avtomobil yoluna düşüb. İnsident nəticəsində təyyarənin üzərinə düşdüyü avtomobildəki 6 yaşlı oğlan ölüb. 5 ekipaj üzvündən və 95 sərnişindən heç biri ciddi xəsarət almayıb. 

28 iyun 2007-ci il Mbanza Konqo (Anqola) - Eniş zamanı güclü zərbə nəticəsində təyyarə iki yerə parçalanıb. 7 ekipaj üzvündən biri və 71 sərnişin həlak olub. Bundan əlavə, təyyarənin düşdüyü yerdə olan bir adam da ölüb.

7 mart 2007-ci il Cokyakarta (Yava) - Təyyarə enmə-uçuş zolağından kənara düşərək alışıb. Müxtəlif məlumatlara görə, təyyarənin göyərtəsində olan 133 nəfərdən 22-si ölüb.

14 sentyabr 2008-ci il Perm (Rusiya) - Ekipaj eniş zamanı zolağa qədər çata bilməyib və hava limanından 11 kilometr aralıda yerə çırpılıb. Görətədiklərin hamısı 82 sərnişin və 6 ekipaj üzvü həlak olub.

20 dekabr 2008-ci il Denver (ABŞ) - Təyyarəni eniş zamanı saxlamaq mümkün olmadığından dərəyə düşüb. 38 nəfər xəsarət alsa da, heç kim ölməyib.
 

25 fevral 2009-cu il Amsterdam (Hollandiya ) - Ekipaj təyyarəni endirə bilməyib və hissələrə bölünüb. Göyərtədəki 135 nəfərdən 9 nəfər (üçü pilot olub) ölüb, 66 nəfər yaralanıb.

22 dekabr 2009-cu il Kinqston (Yamayka)  - Təyyarə hava limanına enəndən sonra uçuş-enmə zolağından çıxıb və iki yerə parçalanıb. Göyərtədə 148 sərnişin və 6 ekipaj üzvü olub. Heç kəs ölməsə də, 40 nəfər yaralanıb.

22 may 2010-cu il Manqalup (Hindistan) - Eniş zamanı təyyarə uçuş-enmə zolağından kənara çıxaraq alışıb. Göyərtədə 160 sərnişin və 6 ekipaj üzvü olub. 8 nəfər sağ qalsa da, onlardan biri xəstəxanaya aparılarkən yolda ölüb.

16 avqust 2010-cu il San AndresAylend (Kolumbiya) - Təyyarə tufan səbəbindən yumşaq eniş edə bilməyib, ildırım vurub. Nəticədə təyyarə yerə çırpılaraq 3 yerə parçalanıb. 125 sərnişindən biri ölüb, 6 ekipaj üzvü də sağ qalıb.

30 iyul 2011-ci il Corctaun (Qayana) - Eniş zamanı təyyarəni saxlamaq mümkün olmayıb və uçuş-enmə zolağından çıxıb. Təyyarə iki yerə bölünsə də, 156 sərnişindən 6 ekipaj üzvündən heç kim xəsarət almayıb.

20 avqust 2011-ci il Rezolyut (Kanada)  - Təyyarə eniş zamanı uçuş-enmə zolağından aralıda yerə çırpılıb. Hər iki pilot ölüb. 11 sərnişindən yalnız 7 yaşlı qız sağ qalıb.

20 aprel 2012-ci il İslamabad (Pakistan) - Təyyarə eniş zamanl yaşayış evinə çırpılıb. 6 ekipaj üzvünün hamısı 121 sərnişin həlak olub.

17 noyabr 2013-cü il Kazan (Rusiya)  - Təyyarə uçuş-enmə zolağından kənara çıxıb. Göyərtəsində 44 sərnişin və 6 ekipaj üzvü olub. 50 nəfərin hamısı ölüb.

Uçuş zamanı qəzaya uğrayan “Boeing-737”lər

3 yanvar 1982-ci il Vaşinqton (ABŞ) - Təyyarə ekipajın səhvi ucbatından Potomak çayına düşüb. 5 ekipaj üzvündən 4-ü və 74 sərnişindən 70-si ölüb.

22 avqust 1985-ci il Mançester (İngiltərə) - Uçuş zolağından havaya qalxan zaman mühərrikdə imtina baş verib, ekipaj uçmaqdan vaz keçmək qərarına gəlib. Bu zaman yanacaq çənində yanğın baş verib. 6 ekipaj üzvündən ikisi və 131 sərnişindən 53-ü həlak olub.

15 sentyabr 1988-ci il Baxar Dar (Efiopiya) - Daxili reys həyata keçirən təyyarənin turbininə bir dəstə göyərçin düşüb. Qəza enişi zamanı 98 sərnişindən 35-i ölüb. 6 ekipaj üzvünün hamısı sağ qalıb.

20 sentyabr 1989-cu il La Quardiya (ABŞ)  - Ekipaj uçuş zamanı səhv buraxıb və təyyarəni endirməyə cəhd edib, amma çaya düşüb. 55 sərnişindən ikisi ölüb.

26 oktyabr 1989-cu il Tayvan - 2130 metr yüksəklidə tufan buluduna düşən təyyarə pilotların səhvi ucbatından yerə çırpılıb. 7 ekipaj üzvünün hamısı və 49 sərnişin ölüb.

11 may 1990-cı il Manila (Filippin) - Eniş zolağında təyyarənin yanacaq çənlərindən biri partlayıb. 113 sərnişindən 8-si ölüb.

26 aprel 1993-cü il Auranqabad (Hindistan) - Təyyarə havaya qalxan zaman avtomobilə dəyib, sonradan elektrik xəttinə çırpılaraq partlayıb. 6 ekipaj üzvündən 4-ü və 112 sərnişindən 52-si həlak olub.

7 aprel 1999-cu il Ceyhan (Türkiyə) - Havaya qalxandan az sonra sərnişinsiz təyyarə yerə çırpılıb. 6 ekipaj üzvü ölüb.

31 avqust 1999-cu il Buones-Ayres (Argentina) - Havaya qalxan zaman təyyarə iki avtomobillə toqquşaraq yanıb. Görətədəki 113 sərnişindən 65-i ölüb. Avtomobillərdəki iki nəfər də həlak olub.

14 yanvar 2002-ci il Pekanbaru (İndoneziya) - 96 sərnişini olan təyyarə uçuşdan dərhal sonra yerə düşüb. 7 nəfər xəsarət alıb.

6 mart 2003-cü il Əlcəzair - Uçuş zamanı təyyarənin mühərriklərindən biri yanıb və hava limanından 600 metr aralıqda yerə düşüb. Göyərtədəki 103 sərnişindən yalnız biri sağ qalıb.

8 iyul 2003-cü il Sudan - Təyyarə havaya qalxandan dərhal sonra yerə düşərək yanıb. Göyərtədəki 116 sərnişindən yalnız iki yaşlı uşaq möcüzə nəticəsində sağ qalıb.

25 dekabr 2003-cü il. Koton (Benin) - Təyyarə havaya qalxa bilməyib və çimərliyə yuvarlanıb, sonra okeana düşüb. 140 sərnişin və ekipaj üzvünün hamısı həlak olub. 

3 yanvar 2004-cü il Şarm-əl-Şeyx (Misir) -  Təyyarə havaya qalxandan sonra Qırmızı dənizə düşüb. 13 ekipaj üzvü və 135 sərnişin ölüb. 

5 sentyabr 2005-ci il Medan (İndoneziya) - Havaya qalxandan bir dəqiqə sonra təyyarə yaşayış məhəlləsinə düşüb. Həlak olan 147 nəfərdən 112-si sərnişin, 5-i ekipaj üzvü olub. Təyyarənin düşdüyü ərazidə yaşayan 30 nəfər də ölüb.

22 oktyabr 2005-ci il Laqos (Nigeriya)  - Təyyarəni uçuş zamanı ildırım vurub, kakao ağacları olan əraziyə düşüb. Göyərtədəki 117 nəfərin hamısı həlak olub.

29 oktyabr 2006-cı il Abuci (Nigeriya) - Təyyarə uçuşdan dərhal sonra pilotların səhvi üzündən yerə düşərək yanıb. 105 sərnişin və 7 ekipaj üzvüdən yalnız 10 nəfər sağ qalıb. 

5 may 2007-ci il Duala (Kamerun) - Keniyanın paytaxtı Nayrobiyə uçan təyyarə havaya qalxdıqdan dəqiqə yarım sonra şimşək çaxması nəticəsində burulğana düşərək yerə çırpılıb. Bütün ekipaj üzvü və 114 sərnişin həlak olub.

20 dekabr 2008-ci il Denver (ABŞ) - Uçuşa hazırlaşan təyyarə uçuş-enmə zolağından kənara çıxaraq yanıb. Göyərtəsində 110 sərnişin olan təyyarədəkilərin 38 nəfəri xəstəxanaya yerləşdirilib.

25 yanvar 2010-cu il Beyrut (Livan) - Havaya qalxandan az sonra təyyarə Aralıq dənizinə düşüb. 8 ekipaj üzvü və 82 sərnişin həlak olub.

Şərhlər