İctimai Birlik “Novruz sevincləri” adlı bayram şənliyi keçirib

20.03.2016 18:32     Sosreaksiya     681

Bu gün “Sahibsiz Uşaqlara Kömək” İctimai Birliyinin təşkilatçılığı ilə valideyn qayğısından məhrum uşaqlar üçün “Aysunay” şadlıq sarayında Novruz bayramı münasibətilə “Novruz sevincləri” adlı bayram şənliyi keçirilib. “Sahibsiz Uşaqlara Kömək” İctimai Birliyinin mətbuat xidmətindən Reaksiya.info –ya verilən məlumata görə, tədbirdə İctimai Birliyin əməkdaşları və KİV təmsilçiləri iştirak ediblər.

Şənliyi giriş sözü ilə açan İB – nin sədri Məlahət Abbasova bildirib ki, Novruz bayramı xalqımızın ən müqəddəs, ən qədim bayramlarından biridier və əsrlərdir xalqımız bu bayramı böyük ruh yüksəkliyi ilə yaşadır.

Bayram tədbirində şagirdlərin ifasında Novruz bayramının çərşənbələrini, adət- ənənələrini əks etdirən səhnəciklər nümayiş olunub, milli rəqslərimiz təqdim edilib. Uşaqlar mahnı sədaları altında rəqs edib, mahnı oxuyublar.

Daha sonra tədbirdə iştirak edən şagirdlərə Fəxri fərmanlar və müxtəlif bayram hədiyyələri verilib.

Tədbirin sonunda tədbir iştirakçıları Karabakh.Today beynəlxalq analitik informasiya portalının əməkdaşlarının başlatdıqları “Qarabağ Azərbaycanın tərkib hissəsidir” aksiyasına dəstək nümayiş etdiriblər.

  

Şərhlər