"TURAZ Şahin"ləri birgə əməliyyat keçirib - FOTOLAR

22.03.2016 13:44     Sosreaksiya     1317

Əməliyyat zamanı MiQ-29 və F-16 qırıcı, Su-25 təyyarələrindən istifadə olunub.

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları birgə əməliyyat keçirib. Müdafiə Nazirliyinin mətbuat Xidmətindən ANS PRESS-ə verilən məlumatlara görə , Türkiyənin Konya şəhərində keçirilən «TURAZ Şahini - 2016» birgə taktiki-uçuş təlimlərinin növbəti günündə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları birgə əməliyyat keçirib.

Əməliyyat zamanı qarşıya qoyulan tapşırıq şərti düşmənin strateji obyektləri və bu obyektləri mühafizə edən təyyarələri məhv etmək olub. Uçuşlardan öncə təyyarəçilərlə brifinq keçirilib.

Əməliyyat planı, hava şəraiti və digər məsələlər müzakirə edilib. MiQ-29 və F-16 qırıcı, Su-25 bombardmançı təyyarələrin iştirak etdiyi əməliyyat plana uyğun olaraq həyata keçrilib və uğurla başa çatıb.

Azərbaycan təyyarəçiləri F-16 qırıcı, türk pilotlar isə MiQ-29 qırıcı və Su-25 bombrdmançı təyyyarələrində əməliyyata qatılıblar.
Təlimlər davam edir.

Şərhlər