Tramp və Putin `İlin adamı`na namizəddir

29.11.2016 16:03     Sosreaksiya     1382

Rusiya prezidenti Vladimir Putin Amerikanın “Time” jurnalının hər il seçdiyi “Person of the year” (İlin adamı) nominasiyasına namizəd göstərilib.

AzVision.az xəbər verir ki, Putinin 3-cü sırada yer aldığı namizəd siyahısının ilk pilləsində ABŞ-ın yeni prezidenti Donald Tramp qərarlaşıb. 

“Wikileaks” saytının qurucusu Culian Assanc isə 2-ci sırada yerləşir.

Siyahıda. həmçinin İngiltərənin “Brexit” qərarından sonra baş nazir kürsüsünə keçən Teresa May, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-da prezident seçkilərində məğlub olan Hillari Klinton yer alıb.

“Time” jurnalı ənənəvi olaraq özünün hər il sonuncu dekabr nömrəsində “İlin adamı”nı elan edir. “İlin adamı” nominasiyası 1927-ci ildən verilir. Jurnal 2007-ci ildə Vladimir Putini “İlin adamı” seçib. 

Şərhlər

Çox oxunanlar