İŞİD qruplaşmasının iki yüzdən çox terrorçusu PKK-ya qoşulub

29.11.2016 16:08     Sosreaksiya     1227

İŞİD qruplaşmasının 260 silahlısı terrorçu PKK sıralarına qoşulub.

Report” "Haber-7"yə istinadən xəbər verir ki, bu haqda Suriya Azdlıq Ordusu məlumat yayıb.
İnformasiyaya görə, Suriya Azdlıq Ordusu ölkənin Əl-Bab bölgəsinin şərqindəki Acemiyah yaşayış məntəqəsini terrorçulardan təmizləyib. Bununla da terrorçu PKK-nın Əl-Baba yolu kəsilib. Bundan sonra terrorçu İŞİD silahlıları ABŞ hərbçilərinin razılığı ilə PKK sıralarına keçiblər. 
 
Məlumata görə, 260 terrorçu Suriyadakı PYD və YPG-nin (terrorçu PKK-nın Suriyadakı qolları) sıralarına qatılıblar. Bununla bağlı PYD və YPG-nin nəzarəti alıntda olan Menbiç bölgəsində təntənəli tədbir keçirilib.
 
Qeyd edək ki, ABŞ-ın hərbi nümayəndələri YPG və PYD-nin Menbiçdən çıxdığını bildirsə də, onlar hələ də həmin ərazidə qalmaqdadırlar. 

Şərhlər

Çox oxunanlar