Türkiyə Melkonyanın adı yazılmış abidəni sökməyə başladı

29.11.2016 17:12     Sosreaksiya     1439

Türkiyənin Tunceli şəhərində üzərində ASALA terror təşkilatının üzvlərinin adı olduğu abidə yox ediləcək.

Axar.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, bu barədə qərarı Tunceli Valiliyi verib.

Qeyd edək ki, dünən Türkiyə mətbuatı bu abidə haqqında məlumat verib. Abidə 26 aprel 2016-cı ildə açılıb. Açılış mərasimində Yunanıstan və Fransa erməni diasporunun üzvləri iştirak ediblər. Abidə üzərində erməni terrorçular Armenak Bakırcıyan, Manuel Dəmir, Nubar Yanıkyan, Gevork Çavuş, Monte Melkonyan, Andranik Uzunyanın adları yer almışdı.

Qarabağ döyüşlərində də iştirak edən və dinc əhaliyə qarşı xüsusi qəddarlığı ilə ad çıxaran məşhur terrorçu Monte Melkonyanı Azərbaycan əsgəri İbad Hüseynov məhv edib.

Şərhlər