“Sabahın əsgəri” adlı yazı müsabiqəsi elan edildi

29.11.2016 19:03     Sosreaksiya     1297

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən "Karabakh Today"ə verilən məlumata görə vətənpərvərlik təbliğatının yüksəldilməsi və Xidmətin yaradılmasının 5-ci ildönümü münasibəti ilə ümumtəhsil məktəblərinin X - XI sinif şagirdləri arasında “Sabahın əsgəri” adlı yazı müsabiqəsi elan edir.

Müsabiqənin şərtləri:

1. Müsabiqəyə hər şagird yalnız bir yazı təqdim edə bilər.

2. Müsabiqəyə 2016-cı ilin dekabr ayının 1-dən 2017-ci ilin yanvar ayının 18-dək olan müddətdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron poçt ünvanına təqdim olunmuş yazılar buraxılacaq.

3. Yazılar 5 min işarədən çox olmamalıdır.  

4. Təqdim olunan bütün yazılarda vətənpərvərlik ruhu yaradılmalı, gənc nəslin dövlətçilik ənənələrinə ehtiramı, qüdrətli ordu quruculuğu yolunda bilik və bacarıqlarını səfərbər edəcəyi əksini tapmalıdır.

5. Müsabiqəyə təqdim olunan yazılar təbliğat, maarifləndirmə, çap məqsədi ilə Xidmətin nəşrlərində istifadə edilə bilər.

6. Müsabiqə üçün yazılar 2017-ci ilin yanvar ayının 18-dək elektron [email protected] ünvanına göndərilməlidir. Müəllifin özü haqqında məlumatları (adı, soyadı, atasının adı, oxuduğu ümumtəhsil məktəbi və sinfi) və əlaqə nömrələrini göstərməsi zəruridir.

                                         Qaliblərin mükafatlandırılması:

I yer - Noutbuk

II yer - Netbuk

III yer - Planşet

Həvəsləndirici mükafatlar (10 mükafat) - E-book elektron kitab

 

Müsabiqənin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomları ilə təltif olunacaqlar.

Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz:

Ünvan: Bakı şəhəri, Z.Əliyeva küçəsi, 30.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının inzibati binası

Əlaqə telefonu:  493-06-52

Şərhlər