Roza Əliqızı Adnan Oktara canlı yayımda “şeytan” deyib

30.11.2016 14:18     Sosreaksiya     1647

“Əsgər Ailəsi” Cəmiyyətinin sədri Roza Əliqızı Türkiyədə canlı yayım zamanı erməniyə “qardaş” deyən Adnan Oktara “şeytan” deyib

Gununsesi.ifo-nun xəbərinə görə,  Roza Əliqızı dəvət edildiyi  “Uzay” Tv də canlı yayım zamanı Tuncelidə erməni terrorçularına, eləcə də Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycan vətəndaşlarına işgəncə verməkdə ad çıxarmış Ermənistan ordusunun faşist komandiri  Monte Melikonyana abidə qoyanlara da ermeni deyib.

Gununsesi.info-ya açıqlamasında R.Əliqızı  bildirib ki, canlı yayında mövzu Xocalı Soyqırımı olduğundan  aparıcının suallarını cavablandırıb: “Bu zaman Xocalı Soyqırımıyla bağlı aparıcının verdiyi suallarını cavablandırarkən səsləndirdiyim fikirlər  Adnan Oktarı qıcıqlandırdı. Erməni qardaşlarıyla bağlı dediklərimdən sanki qəzəbləndi. Mən də təbii ki, onun cavabını verdim. Dedim ki, sənin söylədiklərin mənim üçün boşboğazlıqdan başqa bir şey deyil. Sənə baş qoşmağa nə vaxtım, nə də həvəsim var.  Sən erməniyə qardaş, azərbaycanlıya şeytan deyirsən. Şeytan sən özünsən, erməni də sənin qardaşın. Bu an Türkiyədə sənin erməni qardaşlarının Xocalıda Soyqırım törətmələrinin 25 ili münasibətiylə keçirəcəyimiz yürüş hazırlığı ilə məşğulam.  Məni yandıran sənin kimilərin haqqımızda nə deməsi deyil. Tuncelidə sənin kimilərin əli ilə erməni qardaşlarına və qatil Monte melkonyana abidə qoyulmasıdır”-, deyə o bildirib.

R.Əliqızı bildirib ki, hazırda Tuncelidə erməni qatillərə qoyulan abidəylə bağlı etiraz aksiyaları keçirəcəyik.

 

 

Gülnaz Qənbərli

Şərhlər