Millət vəkili vətəndaşlara haqlarını izah etdi

30.11.2016 17:59     Sosreaksiya     1072

Qənirə Paşayeva Tovuz kənd sakinləri ilə görüşüb, onların qayğı və problemlərini dinləyib

 Millət vəkili ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq onların Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib.

Sakinlərin ən çox müraciətləri arasında iş, mənzil, ünvanlı sosial yardım və xəstəliyə görə əlillik pensiyası ilə problemlər yer alıb.

Millət vəkili həmçinin fiziki imkanları məhdud insanların müraciətləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun rayondakı nümayəndələri ilə müzakirələr aparıb.

Bir sıra vətəndaşlar evlərinə təbii qaz çəkilməsi və ya verilməsi ilə bağlı problemlər barədə də danışaraq millət vəkilindən dəstək göstərilməsini xahiş ediblər.

Q.Paşayeva sakinləri narahat edən məsələlər ətrafında onlara qanunvericilikdə hansı haqlara malik olmalarını da izah edib

Şərhlər

Çox oxunanlar