QHT sədri analara müraciət etdi

06.01.2017 19:14     Sosreaksiya     1711

Artıq uzun zamandır ki, qardaş Türkiyəni qana boyayan terror İzmiri də şəhid qanı ilə bəzədi. Bunun bir sonu olmalıdır. Maraqlı deyilmi, niyə İzmirdə terror olmur deyiləndən sonra İzmir öz balalarını terrora qurban verdi. Bununla tək dövlət yox bütün dünyada yaşayan Türklər mübarizə aparmalıdır. Reaksiya.az xəbər verir ki, buna biganə qalamayan "Müharibə Veteranı Qadınlaırna Sosial Yardım" İB sədri, Qarabağ qazisi Rada Abbas Türk dünyası qadınlarına çağırış edib. "Dünyanın hər yerində olan Türk qadınlarımıza müraciət edirəm! Türkiyənin terrorla məhv edilməsinə qarşı səsimizi qaldıraq. Dünyanı analar xilas edəcəkdir. Bizim dünyamız Türkiyədir. Gəlin, biganə qalmayaq, bu böyük haqsızlığa susmayaq. Bizim bir gün susmağımız bir Türk şəhidi bahasına başa gəlir bizə" deyərək dünya Türklərinə səslənmişdir.

Reaksiya.az

Şərhlər