QHT rəhbərləri erməni analarına müraciət etdi

06.01.2017 21:14     Sosreaksiya     1403

Reaksiya.az xəbər verir ki, bu gün "Əsgər Ailələrinə Dəstək" və "Qadın və Cəmiyyət " Vətəndaş Maarifçiliyi ictimai birlikləri erməni analarına müraciətlə bəyanat imzalayıblar. Bəyanatı olduğu kimi təqdim edirik.

 

"29 dekabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə düşməni təqib edərkən şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Qurbanov Çingiz Salman oğlunun meyitinin geri alınması ilə bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə zəruri tədbirlər davam etdirilir.

Lakin bir həftə vaxt keçməsinə baxmayaraq, Ermənistanın bu sahəyə cavabdeh olan aidiyyəti strukturları susurlar. Bu fakt bir daha sübut edir ki, Ermənistan tərəfi baş vermiş hadisənin humanitar mahiyyətini arxa plana keçirməyə, ondan siyasi divident qazanmaq üçün vaxt udmağa və daxili ictimai rəyə hesablanmış fəaliyyətə cəhd edir.
"Əsgər Ailələrinə Dəstək" ictimai birliyi və "Qadın və Cəmiyyət " Vətəndaş Maarifçiliyi ictimai birliyi aidiyyəti beynəlxalq təşkilatları Ermənistanın bu qeyri-humanist fəaliyyətini dayandırması, Cenevrə Konvensiyalarının tələblərinə əməl olunması və həlak olmuş Azərbaycan hərbçisinin meyitinin qaytarılması üçün bir daha zəruri tədbirlər görməyə çağırır. 
Erməni anaları isə münaqişənin sona çatması üçün hərəkətə keçməsi vacibdir. Çünki bu münaqişə nə qədər uzansa, hər iki tərəfdən itkilər olacaq, analar isə dünyaya gətirdikləri övladlarının ayağına daş dəyməsini istəməzlər. Erməni analarına bir daha müraciət edirik, cinayətkar rejimin hərəkətlərinə göz yummayın. Çünki bir gün əsgər Çingiz Qurbanovun anasının qapısını döyən o acı xabərdən sizlərdə "bəhrələnəcəksiz" ".

"Əsgər Ailələrinə Dəstək" ictimai birliyinin sədri Mətanət Əsgərqzı

"Qadın və Cəmiyyət " Vətəndaş Maarifçiliyi ictimai birliyinin sədri Şəbnəm Rəfaelqızı

Reaksiya.az

Şərhlər