Gürcüstan Abxaziyadakı dağıntılara görə Rusiyanı pisləyib

12.01.2017 13:13     Sosreaksiya     926

Gürcüstan prezidenti Rusiyanın Abxaziyada törətdiyi dağıntılara etirazını bildirib.

Yanvarın 3-də rus əsgərləri Abxaziyanın Tsebelda kəndində salınacaq dəmiryoldan ötrü bir kilsəni və polyak məzarlığını dağıdıblar. Əsgərlərin buldozerləri məzarlığı yerlə-yeksan edib. Dağıdılan kilsə isə XIX əsrə aid imiş, Abxaziyanın mədəni irsi siyahısına salınıbmış.

Gürcüstan prezidenti Giorgi Margvelashvili-nin yaydığı bəyanatda Rusiyanın təcavüzkar qüvvələrərinin Abxaziyada bilərəkdən vandalizmlə məşğul olduğu deyilir. Gürcüstanın Xarici İşlər Nazirliyi isə dağıntıları ölkə suverenliyinə və ərazi bütövlüyünə təcavüz kimi qiymətləndirib.

Abxaziya, həmçinin Cənubi Osetiya 2008-ci ildə--Rusiyanın Gürcüstana müdaxiləsindən sonra ayrılıb, müstəqilliyini elan edib. Rusiya onların müstəqilliyini tanıyıb, hər ikisinin ərazisində hərbi qüvvə saxlayır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar