Astanada keçiriləcək Suriya danışıqlarında ABŞ da iştirak edəcək

15.01.2017 16:46     Sosreaksiya     1019

Çavuşoğlu: "Astanada keçiriləcək Suriya danışıqlarına ABŞ da iştirak edə bilər"

Türkiyə və Rusiya Astanada keçiriləcək Suriya danışıqlarına ABŞ-ı dəvət etmək niyyətindədirlər.

RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.   “ABŞ Astanadakı danışıqlarda iştirak edəcək. Amerikanın bu prosesdə rolu olduğunu inkar etmirik” — deyə Çavuşoğlu qeyd edib. Onun sözlərinə  görə, bu məsələ Moskva ilə diplomatik səviyyədə müzakirə olunub.  

Reaksiya. az

Şərhlər