Arzu Rəhimov Astarada vətəndaşları qəbul edib

16.02.2017 22:46     Sosreaksiya     899

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Astara rayonunda Lənkəran şəhərinin, Astara, Lerik və Yardımlı rayonlarının sakinlərinin qəbulunu həyata keçirib.

Qəbulda 38 vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri daha çox Xidmətin aidiyyəti şöbə, bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, müharibə veteranı adının və vəsiqəsinin verilməsi, eləcə də övladlarının gələcək xidmət yerinin mü­əy­yən­ləş­dirilməsinə dair olub. Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib. Araş­dı­rıl­ması tələb olunan mü­ra­ci­ət­lər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib. 

Vətəndaşların Xidmətin fəaliyyət istiqamətinə aid olmayan məsələlərlə bağlı  müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Reaksiya. az

Şərhlər