Əfv Komissiyasının növbəti iclası keçirilib

17.02.2017 19:10     Sosreaksiya     1084

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə Komissiyanın üzvü Rəşad Məcid məlumat verib. Komissiya üzvü deyib ki, görüşdə 100-ə qədər müraciətə baxılıb: “Müraciətlərin təqribən yarısına müsbət rəy verilib”.

R.Məcid qeyd edib ki, növbəti iclas gələn həftə keçiriləcək.

Qeyd edək ki, ümumilikdə komissiyaya 800-dən artıq müraciət daxil olub.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar