Türkiyədə beynəlxalq zirvə toplantısı keçirilir. - FOTOLAR

18.02.2017 17:01     Sosreaksiya     1757

Bu gün Türkiyənin İstanbul şəhərində “Savaş Mağduru Engelliler”adlı beynəlxalq zirvə proqramı öz işinə başlamışdır.

Qeyd edək ki, zirvə proqramında Azərbaycandan “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” Ictimai birliyinin sədri Rada Abbas, “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İctimai Birliyinin sədri Zaur Qəriboğlu, “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar” Dövlət Komissiyasının nümayəndəsi Emin Ağayev də iştirak edirlər.  

  Reaksiya.az-ın əməkdaşının verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan, DEYSAM-ın başkanı Aylin Çiftçi gələn  qonaqları salamlayıb və tədbir haqqında geniş məlumat verib.

Aylin Çiftçi “Savaş Mağduru Engelliler”adlı beynəlxalq zirvə proqramının Türkiyə üçün olduğu qədər dünya üçün də döyüş və döyüşlə əlaqədar problemlərin əhəmiyyətli bir gündəm maddəsi halına gəldiyini vurğulayıb. Bu cür insanların mövcud vəziyyət və problemlərinin dünya ictimaiyyətinə çatdırmaq, bu  proqramla döyüş mühitində olan əngəllilərlə əlaqədar məlumatları ortaya çıxarmaq, mövcud vəziyyəti və problemləri təsbit edərək həll təkliflərini ala bilmək məqsədini daşıdığını bildirib.

 

   Daha sonra söz “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar” Dövlət Komissiyasının nümayəndəsi Emin Ağayevə verilib. Emin Ağayev Dağlıq Qarabaq münaqişəsi zəminində ermənilər tərəfindən Azərbaycan xalqının başına gətirilən dəhşətlərdən danışaraq, Dövlət Komissiyasının rəsmi sənəd və rəqəmlərinə istinad edərək, bir çox faktları görüş iştirakçılarının  nəzərinə çatdırmışdır.

Tədbirdə bir çox ölkələrin parlament üzvləri, dövlət və mətbuat nümayəndələri iştirak edirlər. Zirvə proqramı iki gün davam edəcək.

Reaksiya.az

Şərhlər