Millət vəkili Q.Paşayevanın İspartada Qarabağla bağlı tədbirlərin artması təklifi vali və Türk Ocakları tərəfindən dəstəklənib.

11.03.2017 14:05     Sosreaksiya     905

Millət vəkili Q.Paşayevanın  İsparta valisi ilə görüşündə bu bölgədə Azərbaycanla bağlı  və Qarabağ problemi ilə bağlı konfransların artması təklifi ilə çıxış edib. Türkiyənin İsparta  bölgəsində  Dağlıq Qarabağ problemi ilə bağlı konfrans verən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin  sədri Q.Paşayeva İsparta valisi Şehmus Günaydın görüşdə qardaş Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir, terroru və arxasında duranları lənətləyirik deyib. Görüş zamanı Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Q.Paşayeva "o zaman Azərbaycan türklərinə qarşı terror törədənlər indi də müxtəlif terror təşkilatları içərisində Türkiyəyə qarşı cinayət və çirkin addımlarını davam etdirirlər, amma inşallah birlikdə bütün terrorçulara  layiq olduqları cavabı verəcəyik,  qəhrəman şəhidlərimiz onlara məqsədlərinə çatmağa heç bir zaman imkan verməyəcək" deyib və terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib. "Azərbaycanın sevinci sevincimiz, üzüntünüz üzüntümüzdür" deyən vali Şehmus Günaydın   "azərbaycanlı şəhidlərimizə Allahdan rəhmət diləyirik və Azərbaycan torpaqlarının işğaldan azad edilməsində hər zaman qardaş Azərbaycanın yanındayıq" deyib. Millət vəkili Qənirə Paşayeva vali ilə söhbət zamanı Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumatlar verib. “Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqlarımızda da keçirəcəyik”, – deyə  bildirib. Millət vəkili İsparta  valisinə həmmüəllifi olduğu Türkiyə türkcəsində “Karabağ hikayeleri” kitabını hədiyyə edib. İki qardaş ölkə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edib. Bu baxımdan millət vəkili Azərbaycan bölgələri ilə  İsparta vilayəti arasında əlaqələrin güclənməsinin də  çox mühüm olduğunu dilə gətirib. Millət vəkili Qənirə Paşayeva İsparta  valisini ölkəmizə dəvət edib. Millət vəkili Q.Paşayeva görüşdə İspartada  təhsil alan azərbaycanlı tələbələr barədə də valiyə məlumat verərək onların ortaya çıxan qayğı və problemlərinin həlli istiqamətində dəstək göstərilməsini xahiş edib.  Vali  Şehmus Günaydın  millət vəkili Q.Paşayevanın  İspartada  verdiyi konfransın çox önəmli olduğunu vurğulayaraq bu cür konfransların çoxalmasının əhəmiyyətini xüsusi vurğulayıb. 

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva eyni zamanda İsparta Türk Ocaqlarını da ziyarət edib, rəhbərliyi və üzvləri ilə görüşüb, fikir mübadiləsi aparıb və "Dağlıq Qarabağ, Türk dünyasının ortaq problemləri və həlli yolları” mövzusunda konfrans verib. İsparta Türk Ocakları rəhbərliyi və üzvləri ilə görüş zamanı Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək niyyətində olduqlarını söyləyiblər. Qarabağ münaqişəsi, Xocalı Soyqırımı barədə də danışan millət vəkili Qənirə Paşayeva bu məsələnin harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk insanının problemi və məsələsi olduğunu və Qarabağ probleminin həlli, Xocalı Soyqırımı həqiqtlərinin daha geniş yayılmasında türk gəncliyinin fəallığını daha da artırmasının vacibliyini, bu istiqamətdə də Türk Ocaqları ilə layihələrin artmasının əhəmiyyətini də vurğyulayıb. Azərbaycanı özümüzə vətən, Qarabağ problemini də öz ağrımız sayırıq deyən İsparta  Türk Ocaqları rəhbəri Dr. Levent Başyiğit bu istiqamətdə görülən işlərə toxunmaqla bərabər fəaliyyətini daha da aktivləşəcəyini deyib. Ziyarətin və görüşün sonunda millət vəkili Qənirə Paşayeva rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən keçiriləcək bir sıra tədbirlərdə iştirak etmək üçün İsparta  Türk Ocaqlarının rəhbərliyini Azərbaycana dəvət edib və Azərbaycan həqiqətləri və mədəniyyəti ilə bağlı materialları İsparta  Türk Ocaqlarına hədiyyə edib. Dəvəti məmnuniyyətlə qəbul edən İsparta Türk Ocakları rəhbəri Dr. Levent Başyiğit də öz növbəsində Türk Ocaqlarının fəaliyyəti ilə bağlı materialları millət vəkilinə hədiyyə edib. Millət vəkili İsparta  Türk Ocaqlarının bütün üzvlərinə həmmüəllifi olduğu "Karabağ hikayeleri” kitabını hediyye edib və gənclərimizə ortaq tariximizi daha dərindən öyrədilməsinin vacibliyi və bu istiqamətdə Türk Ocaqlarının rolunun vacibliyini xüsusi vurğulayıb. Millət vəkili Q.Paşayeva İsparta  Türk Ocakları rəhbərliyi ilə görüşdən sonra Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş gənclərə "Dağlıq Qarabağ, Türk dünyasının ortaq problemləri və həlli yolları” mövzusunda konfrans da verib və onları erməni yalanları ilə mübarizədə daha fəal olmağa çağırıb. QHT, KİV rəhbərləri, aydınlar, gənclərin iştirak etdiyi konfransda ön cəbhədə baş verən son hadisələrlə bağlı geniş çıxış edən millət vəkili Q.Paşayeva şəhidlərimizə Allahdan rəhmət, əziz ailələrinə səbr diləyirik deyib. Ordumuz düşmənə layiq olduğu cavabı verib və verir. Azərbaycan ordusu düşmənə layiqli cavab vermək gücündə olan bir ordudur və biz hamımız dünyanın harasında yaşamamızdan asılı olmayaraq ordumuzun könüllü əsgəriyik və olmalıyıq. İnanırıq ki, bütün Türk dünyası və diasporu bu gün tək ürək kimi Azərbaycanın yanındadır deyib. Ermənistanın ön cəbhədə törətdiyi təxribatlar, mülkü vətəndaşlarımızı hədəfə alaraq onlara qarşı həyata keçirilən insanlıqdan kənar cinayətlər, həlak olan və yaralı mülkü vətəndaşlar barədə məlumat verən millət vəkili Q.Paşayeva ermənilərin təxribatlarına cavab verən zaman şəhid olan əsgər və hərbiçilərimizi rəhmətlə anır və yaralılarımıza qısa zamanda şəfalar diləyirik deyib. Millət vəkili Q.Paşayeva Ermənistanın bölgədə təxribatçı addımlarını davam etdirə bilməsində ATƏT-in Minsk qrupu həmsədrlərini, beynəlxalq təkilatları ittiham edib və onlara çağırış səsləndirib. Millət vəkili bütün beynəlxalq təşkilatları Ermənistana təxribatlara və işğala son qoyması üçün təzyiq göstərməyə çağırırıq deyib. Azərbaycanın ordusunun da, xalqının da səbri daşmışdır və artıq yetər deyirik. Ermənistan və arxasında dayananlar anlamalıdırlar ki, işğala son qoymasalar ordumuz tərəfindən daha ağır cavab alacaqlar. O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı bu gün Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır. Q.Paşayeva Türk dünyası KİV, QHT və gəncliyini həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə də çağırıb. Bu gün bəzi güclərin,onların KİV-lərinin,erməni diaspor, lobbisi və dəstəkçilərinin bu məsələdə Azərbaycan əleyhinə təbliğat aparmağa başladığını deyən millət vəkili bütün gəncləri, diaspor təşkilatlarını, KİV-ləri həssas və duyarlı olmağa, yalanlara qarşı mübarizəyə səsləyib, gəncləri isə sosial media üzərindən yalan məlumatlarla Azərbaycan əleyhinə təbliğat aparmağa başlayanlara qarşı ciddi mübarizəyə səsləyib. Millət vəkili Türk dünyası diaspor və KİV-lərini informasiya müharibəsində fəal olmağa çağırıb. Qardaş Türkiyənin və bəzi xarici KİV-lərə ön cəbhədəki son hadisələrlə bağlı geniş müsahibələr verdiyini vurğulayan millət vəkili indi əsl həqiqətləri geniş yaymalı, Azərbaycan əleyhinə yalanlara imkan verməməliyik deyib. Millət vəkili Q.Paşayevanın çağırışına cavab olaraq tədbirin təşkilatçısı İsparta Türk Ocakları başqanı Dr. Levent Başyiğit çıxış edərək İsparta Türk Ocaklarının bundan sonra Azərbaycan həqiqətlərinin geniş yayılması və erməni yalanlarına qarşı mübarizədə daha da fəal rol oynayacağını deyib. Millət vəkili Q.Paşayevaya Türk Dünyası qarşısında xidmətlərindən dolayı İsparta Türk Ocakları adından plaket təqdim ediblər. Tədbirin sonunda millət vəkili Q.Paşayeva tədbir iştirakçılarına araşdırmaçı-yazar İmdat Avşarla birlikdə hazırladıqları "Karabağ hikayeleri” kitabını hədiyyə edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar