QHT sədrlərindən etiraz

15.04.2017 22:38     Sosreaksiya     1739

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) nağdsız bank əməliyyatlarının aparılması ilə bağlı verdiyi qərarı QHT sektorunda ciddi narahatlığa səbəb olub. Bir neçə QHT sədri özünün "Facebook" hesabında narazılığını bildirən status paylaşıb. Reaksiya.az QHT sədrlərinin  fikirlərini olduğu kimi təqdim edir:

 

Radə Abbas, "Müharibə Veteranı Qadınlarına Sosial Yardım" İctimai Birliyinin sədri: "Kiçik həcmli əməliyyatların nəqdsiz aparılması QHT-lərin fəaliyyəti üçün ciddi əngəldir. Bank əməliyyatı haqqı və 18 faiz əlavə dəyər vergisi daxil olmaqla QHT-lər üçün nəzərdə tutulmayan əlavə xərclər və zaman itgisi yaradacaq. Layihələrin icrası zamanı tədbir üçün getdiyimiz rayonlarda taksi sürücüsünə verdiymiz, və ya bir şüşə su alıb içərkən dükana verdiyimiz pulu hansı hesaba köçürməyi məsləhət bilir Nəzarət Palatası?" 

 

Zaur Qəriboğlu, "Beynəlxalq İnformasiya və Regional Araşdırmalar" İctimai Birliyinin sədri: "Ölkəni talayan, xalqın pulunu oğurlayaraq, ölkədən çıxaran məmur ordusuna "əməliyyatlarını köçürmə yolu ilə elə" deyən yoxdu, amma QHT-lərin ildə bir dəfə əldə etdikləri cüzi məbləği də "köçürmə yolu ilə elə" tələbi qoymaqla, ölkədə vətəndaş cəmiyyətinin fəaliyyətini iflic vəziyyətə salmaq istəyirlər. Bu məsələyə ciddi etiraz etmək lazımdır."

 

Mətanət Əsgərqızı, "Əsgər Ailələrinə Dəstək" İctimai Birliyinin sədri: "Əslində Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) nağdsız bank əməliyyatlarının aparılması ilə bağlı verdiyi qərarın QHT sektorunun işinə əngəl törətmək, onun işini iflic etmək deməkdir. Bizcə bu məsələ ciddi araşdırılmalı və tezliklə qərar qəbul olunmalıdı. QHT-lərə əməli kömək olunmaqdansa bu cür oyunlarla onları uzaqlaşdırmaq əslində vətəndaş cəmiyyətini məhv etməkdi. Heç bir QHT belə şərtlərlə işləyə bilməz."

Miranar

Reaksiya.az

Şərhlər