“İnsan alveri ilə mübarizədə yeni standartların tətbiqi” layihəsinə start verildi

17.04.2017 19:17     Sosreaksiya     1429

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Azərbaycan Respublikası  Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət  Dəstəyi Şurasının 2017-ci il üzrə qrant müsabiqəsində iştirak edərək, “İnsan alveri ilə mübarizədə yeni standartların tətbiqi” adlı  layihənin qalibi olub.

Layihənin əsas məqsədi, ölkənin şəhər və rayon polis idarələrinin əməkdaşları üçün, gender əsaslı zorakılıq -insan alveri və məişət zorakılığı qurbanları ilə davranış modelinə dair təlimlərin keçirilməsidir. Təlimlərdə, gender əsaslı zorakılıq qurbanlarının müəyyən edilməsi, zərərçəkmişlərin şikayətlərinə baxılması zamanı qaydaları, onlarla ünsiyyət və s. beynəlxaq standartların tətbiqi metodları müzakirə ediləcəkdir. Layihə çərçivəsində bukletlərin çapı da nəzərdə tutulur.

Hazırda layihənin icrası ilə bağlı  Daxili İşlər Nazirinin birinci müavini, İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator cənab Vilayət Eyvazova  məktubla müraciət edilmiş və polis qurumlarında təlimlərin keçirilməsinə dair razılıq alınıb.

Layihənin icrası 2017-ci ilin aprel-may-iyun aylarında  Qazax, Tovuz, Şəmkir, Astara, lənkəran, Masallı, Cəlilabad, Qəbələ, Balakən, Zaqatala və İsmayıllı rayonlarında  nəzərdə tutulur. Layihənin ümumi məbləği 7000 AZN-dır.

Şərhlər