“Şəhidlərimizi və düşmənlərimizi tanıyaq, tanıtdıraq” layihəsinə start verilib

18.04.2017 23:07     Sosreaksiya     1199

Reaksiya.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2017-ci il üçün elan etdiyi I qrant müsabiqəsində “Şəhidlərimizi və düşmənlərimizi tanıyaq, tanıtdıraq” layihəsi ilə qalib gələn “Vətən Uğrunda Şəhid Ailələri və  Milli  Qəhramanlar” ictimai birliyi layihənin icrasına başlayıb. VUŞAMQİB-in sədri Zərifə Əsərovanın verdiyi məlumata görə layihə əsasən şəhidlərin tanıdılması və Ermənistanın faşizim ideyasının daşıyıcısı olmasının Azərbaycan gəncliyinə anlatmaq yolu ilə gəncliyin  Ermənistan Azərbaycan informasiya müharibəsində dövlətimizə dəstəyinin təmin edilməsidən, düşmənin  faşist mahiyyətinin açıqlanması, faşizmə qarşı mübarizədə gənclərimizin iştirakının təmin edilməsinə çalışmaq, gələcək nəslin vətənpərvərlik ruhunda böyüdülməsinə çalışmaqdan bəhs edir. “Layihənin icrası zamanı Qaradağ rayonundan  Azərbaycan ərazilərinin düşəməndən qorunması üçün müharibəyə yollanmış və şəhid olmuş Vilayət Əsgərovun adının əbədiləşdrlməsi məqsədi ilə şəhidin adını daşıyan küçədə onun baralyefinin qoyulması və onun adını  daşıyan bulağın açılması nəzərdə tutlur” – deyə layihə rəhbəri qeyd edib.

Şərhlər