Zakir Həsənov təlimlərdəki vəziyyətə dair məruzələri dinləyib - FOTOLAR

19.04.2017 20:25     Sosreaksiya     1268

Təlimlər zamanı müdafiə naziri general-polkovnik Zakir Həsənovqoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin dinamik dəyişən vəziyyət və qəbul edilən qərarlara dair məruzələrini dinləyib.

Reaksiya.az-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, qarşılıqlı fəaliyyətin effektivliyinin artırılması və qoşunların idarəolunması üzrə göstərişlər verilib.
 

Verilən taktiki müdaxilələr üzrə dəyişən şəraitdə qoşunların tapşırıqları düzgün qavramaları və yerinə yetirmələri məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən hərbi hissələrin və bölmələrin ərazidə praktiki fəaliyyəti yoxlanılıb.
 

Əsas diqqət silahlanmaya yeni qəbul edilmiş silah və hərbi texnikanın tətbiqi ilə taktiki fəaliyyətlərin yeni üsullarına yönəldilib.

Şərhlər