Bir neçə cəzaçəkmə müəssisəsinin rəisi dəyişib - EKSKLÜZİV

21.04.2017 14:00     Sosreaksiya     1173

Ədliyyə Nazirliyi Penitensiar xidmətdə növbəti kadr dəyişikliyi olub.

 

APA-nın əldə etdiyi məlumata görə, bir müddət əvvəl vəzifəsindən azad edilən 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Əli Əmirova yeni vəzifə verilib.

 

O, 1 saylı cəzaçəkmə müəssisəsinə rəis müavini təyin edilib.

 

8 saylı cəzaçəkmə müəssisəsinin rəisi Qaçay Aslanov isə təqaüdə göndərilib. 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən azad edilən Rövşən Niyazov 8 saylı cəzaçəkmə müəssisəsinə rəis təyin olunub.

 

Reaksiya.az

Şərhlər