Almaniyada Müharibə Veteranı Qadınlarına Sosial Yardım” ictimai birliyi tədbir keçirdib - FOTOLAR

24.04.2017 17:15     Sosreaksiya     1901

  Almaniyanda  “ Atatürkçü  Düşüncə  Mərkəzi”  ilə   “Azərbaycan  və Almaniya  Mədəniyyət  Mərkəzi”nin  təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti  Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” ictimai birliyinin “Qarabağda girov götürülmüş azərbaycanlı anaların hüquqlarının müdafiəsi və onların dünyada tanıdılması” layihəsinin ilk tədbiri keçirilib.

  Reaksiya.az-a daxil olan məlumata görə, tədbirdə sözdə erməni soyqırımı ,  tarix boyu  ermənilər tərəfindən xalqımızın  başına  gətirilən soyqırım və fəlakətlər,  girov götürülmüş insanlarımızın hüquqlarının müdafiəsi mövzusunda  müzakirələr aparılıb.

Ermənistan silahlı qüvvələri  tərəfindən   işğal olunmuş ərazilərimiz haqqında,  erməni  terroru  və  Qarabağda əsir götürülmüş  insanlarımızla bağli nəşr  materiallarından ibarət sərgi də təşkil olunub.  Sərgidə  nümayiş olunan materiallar təbliğat üçün  tədbir iştirakçılarına paylanılıb.

Tədbirdə  “Atatürkçü Düşüncə Mərkəzi”nin  rəhbəri  Məmmədəli Ölməz  çıxış edərək, Azərbaycandan gələn  “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” ictimai birliyinin sədri Radə Abbası salamlayaraq, ictimai birliyin Azərbaycanın  haqq səsinin dünyaya çatdırılması istiqamətində gördüyü işləri alqışlayıb. Daha sonra Rana Tağıyeva, “ Atatürkçü  Düşüncə  Mərkəz”nin  rəhbəri  Məmmədəli   Ölməz , Biliffet Universitetinin müəlliməsi  Səda xanim , tarixçi  Faiq İsmayilov Rusiyanin daim Ermənistana verdiyi maddi və mənəvi,  silahlı dəstəyi ilə  bağlı  öz fikirlərini qeyd ediblər.

Tədbirin sonunda konfrans iştirakçıları oktayabr ayında daha bir tədbirin təşkilinə qərar veriblər .

Şəbnəm Mehdixan

Reaksiya.az

Şərhlər