Sabahdan çimərliklərin monitorinqi başlanır

16.05.2017 08:22     Sosreaksiya     1116

Sabahdan etibarən Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları bütün çimərliklərdə yoxlamalar aparacaqlar.

Reaksiya.az Xezerxeber.az-a istinadən məlumatına görə, monitorinqlərin nəticələri yeni çimərlik mövsümü başlayana kimi məlum olacaq.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımovun sözlərinə görə, laborator analizlərin nəticələrinə əsasən çimərliklərdən hansının istifadəyə yararlı olub-olmadığına qərar veriləcək. Monitorinqlər çimərlik mövsümü başa çatanadək mütəmadi olaraq davam etdiriləcək.

Ötən il aparılmış müayinələrin nəticələrinə əsasən, Sumqayıt şəhəri Corat qəsəbəsinin, Qaradağ rayonu Sahil qəsəbəsinin "Sahil" və Səbail rayonunun "Şıx" çimərlikləri istifadəyə yararsız hesab edilib.

Reaksiya.az

Şərhlər