SUPERMÜASİR AVTOPARK

16.05.2017 09:43     Sosreaksiya     1123

Almaniyanın ən böyük avtomobil istehsalçılarından olan “Volkswagen”in Volsburqdakı zavodu zaman keçdikcə yeni maşınları saxlamaq üçün problemlər yaşamağa başladı.

Çox keçmədi ki, bu problem həllini tapdı və ortaya çıxan nəticədən heyrətlənməmək mümkün deyil.

Reaksiya.az publika.az-a istinadən xəbər verir ki, 60 metr hündürlüyə malik iki qüllə zavoda 700 metr uzunluğundakı yeraltı tunellə bağlıdır. Yeni istehsal olunan avtomobillər məhz burada saxlanılır.

Maşınlar avtomat cihaz vasitəsi ilə tunelin bir ucundan götürülür və lazım olan yerlərə çatdırılır.

Bu avtoparkda çalışan insan tapmaq demək olar mümkünsüzdür.

Ziyarətçilər arzuladığı təqdirdə balaca şüşə kabinədə müşahidə gəzintisinə çıxa bilər.

Reaksiya.az

Şərhlər