Türkiyədə "Erməni zülmündən solan həyatlar" adlı tədbir keçirilib - FOTOLAR

18.05.2017 11:53     Sosreaksiya     1501

Bu günlərdə Türkiyədə səfərdə olan “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Radə Abbas Qaradəniz Texnik universitetinin müəllim və tələbə kollektivi ilə də görüş keçirdib.

 “Erməni zülmündən solan həyatlar “adı altında keçirilən görüşdə Qarabağ müharibəsində xalqımızın başına gətirilən müsibətlərdən, torpaqlarımızın işğalından, on minlərlə ailələrin solan həyatlarından danışan nümayəndə heyəti, bu gün də atəşkəs adı altında , tarix boyu Azərbaycana qarşı torpaq iddiası olub, millətimizə qarşı müxtəlif illərdə soyqırım həyata keçirərək, işğalçılıq siyasəti aparan ermənilərin təcavüzlərinin hələ də davam etdiyini vurğulayıblar.

 Öz ata-baba yurdlarından qaçqın düşən bir milyondan çox  insanın çəkdiyi əziyyətlərini, yaşadıqları ağır həyatlarını dünya xalqlarının diqqətinə çatdırmağa çalışdıqlarından danışan Radə Abbas, qardaş ölkənin daim Azərbaycanı dəstəklədiyini , illərdən bəri davam edən erməni təcavüzündə daim öz köməkliyini göstərdiyini, hər zaman Azərbaycan xalqının yanında olduğunu qeyd edib.

 Nümayəndə heyətinin tərkibində olan “ Əsir və itkin  düşmüş, girov götürülmüş insanlarla əlaqədar dövlət komissiyası”nın idarə  rəisinin müavini Eldar Səmədov da tədbirdə çıxış edərək erməni işğalı zamanı  əsir düşmüş, girov götürülmüş insanlarımızın başlarına gətirilən  dəhşətlərdən danışıb. Erməni təcavüzünün ölkəmizə ,milli və mədəni irsimizə, əhalimizə vurduğu ziyanları  tədbir iştirakçılarının diqqətinə  çatdırıb.

Tədbir tələbələrin qızğın müzakirələri ilə keçib. Radə Abbas tələbələrə erməni diasporasının xaricdə apardığı təbliğatları misal çəkərərək bu günkü türk gəncliyini buna qarşı mübarizə aparmağa səsləyib.

Tədbirin sonunda Radə Abbas erməni işğalı zamanı xalqımızın başına gətirilən faciələrdən bəhs edən kitab və fotoşəkillərdən ibarət materialları universitet rəhbərliyinə hədiyyə edib.

Rəsmi hissədən sonra Radə xanım azərbaycanlı tələbələrlə söhbət edib, onların problemləri ilə maraqlanıb.

Reaksiya.az

Şərhlər