Kəmaləddin Heydərov vətəndaşlarla görüşdü

24.05.2017 15:02     Sosreaksiya     1283

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov bu gün Beyləqanda vətəndaşları qəbul edib.

APA-nın xəbərinə görə, Gənclər Mərkəzində keçirilən, nazirliyin müvafiq strukturlarının rəhbərlərinin də iştirak etdikləri qəbulda Beyləqan, Ağcabədi, Füzuli, Xocavənd rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətinə baxılıb.

Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.

Qəbulda Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb, bununla əlaqədar vətəndaşlar arasında ətraflı izahat aparılıb.

Reaksiya.az

 

Şərhlər