Məleykə Abbaszadə: “Dövlət qurumlarında 6000-dən çox vakansiya var”

26.05.2017 13:26     Sosreaksiya     1234

“Dövlət qulluğuna qəbul II mərhələdən ibarətdir. I mərhələnin - test imtahanlarının keçirilmə qaydaları və qiymətləri təsdiqlənib”.

Apa-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə AzTV-nin “Günün nəbzi” proqramında deyib.

M. Abbaszadə qeyd edib ki, II mərhələnin - müsahibə mərhələsinin keçirilmə qaydaları isə təsdiqlənməyib: “Bu yaxınlarda Milli Məclisdə dövlət qulluğuna dair qanunda hansısa dəyişikliklər nəzərdə tutulub. O dəyişikliklər müəyyən müzakirələrdən sonra qəbul olunacaq. Bundan sonra bizim hüquqi-normativ sənədlərimiz tam paket halında olacaq və leqal, hüquqi mühitdə dövlət qulluğuna qəbul prosesinə başlayacağıq. Bizim dövlət qurumlarımızda 6000-dən çox vakansiya var. Dövlət qulluğuna qəbul imtahanlarının vaxtlı-vaxtında təşkil edilməsi çox vacibdir. Amma imtahanı keçirmək üçün mütləq hüququ mühit olmalıdır. Təəssüflər olsun ki, bu, mürəkkəb və vaxt aparan bir prosesdir”. 

Reaksiya.az

Şərhlər