Tovuzda 6 kəndi dolu vurdu

13.06.2017 12:06     Sosreaksiya     1368

Sakinlərə dəyən ziyan hesablanır.

Reaksiya.az xəbər verir ki, iyunun 12-də gecə saatlarında rayonun 6 kəndinə dolu düşüb.

Hadisə nəticəsində rayonun Əlimərdanlı, Şıxheybət, Muncuqlu, Qoşa, Pələkli və Çataq kəndlərində kartof sahələrinə ziyan dəyib ki, bunun da məhsuldarlığa təsiri qaçılmazdır. Hazırda ərazidə sakinlərə dəymiş ziyan hesablanır.

Hadisə nəticəsində rayon ərazisindəki evlərə, obyekt və yollara ciddi ziyan dəyməyib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar