Azərbaycan Silahlı Qüvvələrinin mühəndis istehkam bölmələrinin taktiki-xüsusi təlimi keçirilib

15.06.2017 14:38     Sosreaksiya     1474

Azərbaycan Silahlı Qüvvələrinin mühəndis-istehkam birləşmələrinin taktiki-xüsusi təlimi keçirilib.

Azərbaycan Müdafiə Nazirliyindən Reaksiya.az-a verilən məlumata görə, təlimlərdə birləşmələrin döyüşə hazır vəziyyətə gətirilməsi, сəmləşmə rayonuna marş, ərazidə yerləşmə, hücum əməliyyatında mühəndis təminatına hazırlıq və onun yerinə yetirilməsi üzrə tapşırıqlar məşq etdirilib.

Təlim rəhbərləri və komandanlıq tərəfindən şəxsi heyətin praktiki hazırlığı, bacarıq və vərdişləri yüksək qiymətləndirilib.

Reaksiya.az

Şərhlər