Ağdamda su yoxdu

18.06.2017 15:58     Sosreaksiya     1810

Ağdam rayonunun Ergi qəsəbəsi sakini Abuş HəsənovunReaksiya.aza verdiyi məlumata görə dörd gündür ki, kənddə su yoxdu. Susuzluqdan insanların əziyyət çəkməsinə baxmayaraq, aidiyyatı qurumlar heç bir tədbir görmür. Bununla bağlı kənd sakinləri dəfələrlə Ağdam Rayon İcra Hakimiyyətinə müraciət etsələr də, RİH-dən gəlib, insanların qarşılaşdığı vəziyyətlə maraqlanan olmayıb.

Qeyd edək ki, sözü gedən qəsəbədə 600 yaşayış evi var və hər biri hazırda susuzluqdan əziyyət çəkir.

Arzu Qocayev

Reaksiya.az

Şərhlər