Azərbaycanın əsir olmuş dilbər güşəsi Dərbənddə bir gün.

22.06.2017 14:52     Sosreaksiya     1494

 

 Müharibə Veteranı Qadınlarına Sosial Yardım” ictimai birliyinin rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Qarabağda girov götürülmüş azərbaycanlı anaların hüquqlarının müdafiəsi və onların dünyada tanıdılması” layihəsi çərçivəsində Qədim Azərbaycan torpağı, Allahın möcüzəsi, təbiətin incisi olan Dərbənd şəhərində  növbəti tədbirini keçirdib.


Tədbir Dağıstan Müxtar Respublikasının Dərbənd şəhərinin  Mərkəzi Kitabxanada keçirilib.

Layihə rəhbəri Radə Abbas layihə barədə  geniş məlumat verərək bildirib ki, uzun illərdir Ermənistanın Azərbaycan ərazilərinə təcavüzü nəticəsində Ermənistan ordusu tərəfindən girov götürülmüş hərbiçi və mülki əhalinin  işgəncələrə və təcavüzlərə məruz qalıb. Qarabağda girov götürülmüş Azərbaycan qadınlarının ermənilərin təcavüzündən dünyaya gətirdikləri oğlan uşaqlarını əllərindən alıb Ermənistan ordusu üçün əsgərə, qız uşaqlarını isə orqan mafiyası üçün vəsaitə çevirirlər.  Radə Abbas qeyd edib ki, bu gün girovluqda olanlar Sizin bacı və qardaşlarınızdır. Girovluqda olan Azərbaycan vətəndaşlarının tanıdılması üçün hər kəsin çalışmasının vacib olduğunu söyləyib..

Tədbirdə Dağıstanda fəaliyyət göstərən Azərbaycan Dram Teatrının rəhbəri və Dağıstanda fəaliyyət göstərən müxtəlif təşkilatların rəhbərləri iştirak ediblər.

Tədbirdən sonra QHT rəhbəri Dərbənddə yaşayan Azərbaycan türklərinin çoxsaylı problemləri ilə tanış olub. Problemlər adəti üzrə əsasən Milli məsələlərlə bağlıdır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar