Ermənistan növbəti dəfə döyüş PUA-dan istifadə edib

22.06.2017 15:34     Sosreaksiya     1315

Ermənistan növbəti dəfə döyüş PUA-dan istifadə edib.

Bu barədə Reaksiya.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Ermənistan silahlı qüvvələri cəbhə xəttində Silahlı Qüvvələrimizin bölmələrinə qarşı növbəti dəfə döyüş pilotsuz uçuş aparatlarından (PUA) istifadə edib.

Tətbiq edilən bu döyüş PUA-ları aşağı keyfiyyətli olduğundan Silahlı Qüvvələrimizin bölmələrinə heç bir ziyan vurmayıb.

Müdafiə Nazirliyi bildirir ki, görüləcək adekvat tədbirlər düşmən üçün sarsıdıcı olacaq.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar